10:44 - 11.09.2026
11 Sentyabr, Fineko/abc.az. Avqust ayında qlobal elektromobil satışı illik müqayisədə 2% artaraq 1,83 milyon adədə yüksəlib və dalbadal 6-cı ayda da artım nümayiş etdirib. Ilin ilk 8 ayında ümumi satışlar 13,4 milyon ədədə çatıb.
Böyük Britaniyanın "Benchmark Mineral Intelligence" tədqiqat şirkətinin məlumatına görə, Avropa bazarında satışlar 36% artaraq 380 min adədə yüksəlib və qlobal artımın əsas drayveri olub.
Əksinə, ABŞ-da dövlət güzəştlərinin ləğvi fonunda Şimali Amerikada satışlar 33% azalaraq 140 minə, Çində isə baz təsiri səbəbindən 11% geriləyərək 1,03 milyon adədə düşüb. Dünyanın digər regionlarında isə göstərici 97% artaraq 290 min adəd təşkil edib.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026