Avropa Mərkəzi Bankı uçot dərəcəsini 25 baza bəndi artırdı — İNFLYASİYA PROQNOZLARI YÜKSƏLDİLİB

22:34 - 10.09.2026


10 Sentyabr, Fineko/abc.az. Avropa Mərkəzi Bankı (AMB) Yaxın Şərqdəki münaqişənin yaratdığı enerji şokları və inflyasiya təzyiqləri fonunda faiz dərəcələrini 25 baza bəndi artırıb. Qərara əsasən, depozit faizi 2,50%-ə, əsas yenidən maliyyələşdirmə faizi 2,65%-ə, marjinal borclanma faizi isə 2,90%-ə yüksəldilib.

AMB inflyasiyanın uzun müddət 2%-lik hədəfdən yüksək qalacağını bildirərək orta müddətli proqnozlarını yuxarı yönlü dəyişib: 2026-cı il üçün inflyasiya gözləntisi 3%-də saxlanılsa da, 2027-ci il üçün 2,3%-dən 2,5%-ə, 2028-ci il üçün isə 2,1%-ə qaldırılıb.

 Eyni zamanda, Avrozonanın 2026-cı il üzrə iqtisadi artım proqnozu 0,8%-dən 0,9%-ə, 2027-ci il üçün isə 1,4%-ə yüksəldilib.

AMB Prezidenti Kristin Laqard çıxışında qərarın yekdilliklə qəbul edildiyini və bankın inflyasiyanı hədəf səviyyəsinə qaytarmaqda qərarlı olduğunu vurğulayıb.