16:35 - 9.09.2026
9 sentyabr, Fineko/abc.az. Dünya Bankı Qrupunun Azərbaycanda strukturlararası inteqrasiyanı gücləndirmək məqsədilə vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
M.Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə keçirilən görüşdə tərəfdaşlığın cari vəziyyəti, kiçik və orta biznesin (KOB) maliyyə resurslarına çıxışının genişləndirilməsi və iqtisadi şaxələndirmə üzrə yeni layihə təşəbbüslərini müzakirə etdiklərini bildirib.
Nazir vurğulayıb ki, vahid nümayəndəlik modelinə keçid təşkilatla Azərbaycan hökuməti arasında əməkdaşlığın səmərəliliyini daha da artıracaq.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026