15:19 - 9.09.2026
9 sentyabr, Fineko/abc.az. Bakıda keçirilən AQEM (CICA) konfransı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Çinin aparıcı “Şanxay Beynəlxalq Liman Qrupu” (SIPG), “NIZE Tech” və “Lyanyunqan Limanı” ASC-nin nümayəndə heyətləri ilə görüşlər keçirib.
Müzakirələrin əsas diqqət mərkəzində Çin–Azərbaycan–Avropa marşrutu üzrə blok-qatarların sayının artırılması və tranzit vaxtının optimallaşdırılması dayanıb.
Görüşlərdə smart-liman texnologiyalarının, terminal idarəetmə sistemlərinin və dəmir yolu ilə dəniz nəqliyyatı arasında rəqəmsal koordinasiyanın tətbiqi imkanları nəzərdən keçirilib.
Tərəflər Lyanyunqan–Bakı dəhlizinin səmərəliliyini artırmaq üçün məlumat mübadiləsini fallaşdırmaq və Orta Dəhlizə daha çox yük axını cəlb etmək barədə razılığa gəliblər.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026