10:39 - 8.09.2026
8 sentyabr, Fineko/abc.az. Yanvarın 1-dən etibarən binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasına start verilir. Bakı İqlim Fəaliyyəti Həftəsində müzakirə olunan yeni mexanizm tam elektronlaşdırılacaq.
Yeniliyin əsas məqamları:
Məcburi şamil olunanlar: Yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan bütün yaşayış və qeyri-yaşayış binaları üçün pasportlaşdırma məcburi olacaq. Mövcud binalara isə bu tələb yalnız əsaslı təmir və ya yenidənqurma zamanı tətbiq ediləcək (digər hallarda könüllüdür).
Tikintiyə icazə şərti: Enerji pasportu tikintiyə icazə üçün tələb olunan sənədlər siyahısına salınır. Bununla enerji itkiləri tikintidən sonra deyil, layihələndirmə mərhələsində nəzərə alınacaq.
Sənədin tərkibi: Bu, adi texniki pasport deyil — sənəddə binanın karbon emissiyası, enerji sinfi, həmçinin isitmə, soyutma, havalandırma və işıqlandırma üzrə gözlənilən sərfi əks olunacaq.
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026