10:57 - 3.09.2026
3 Sentyabr, Fineko/abc.az. "Meta Platforms" şirkəti proqramlaşdırma (kodlaşdırma) və avtonom agent funksiyalarında mühüm irəliləyişlər əldə etmiş yeni "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib.
Şirkətin Süni İntellekt üzrə Baş Direktoru Aleksandr Vanqın sözlərinə görə, yeni model rəqiblərin analoji məhsulları ilə sıx rəqabət aparır və kodlaşdırma üzrə "OpenAI"ın "GPT-5.6 Sol" modelini geridə qoyur.
"Muse Spark 1.3" əvvəlki versiyalara nisbətən 25% daha az token istifadə edərək daha yüksək səmərəlilik nümayiş etdirir və eyni vaxtda çoxşaxəli iş axınlarını idarə edə bilir. Tərtibatçılara ödənişli əsaslarla təqdim edilən modelin tezliklə "Instagram", "Facebook" və "Meta AI" platformalarına inteqrasiya olunması planlaşdırılır.
7 Sentyabr 2026
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026