16:10 - 2.09.2026
2 sentyabr, Fineko/abc.az. DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) adından saxta müqavilələr hazırlayan iki nəfəri — Günay Lətifova və Şükufə Mirzəyevanı saxlayıb.
Saxlanılan şəxslər süni intellekt proqramları vasitəsilə növbədənkənar güzəştli mənzil təminatı adı ilə vətəndaşları aldadaraq 1000–9000 manat civarında pullarını mənimsəyiblər.
Axtarış zamanı MİDA-nın adından tərtib olunmuş 472 saxta alqı-satqı və ipoteka müqaviləsi aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026