Özəl məhkəmə ekspertlərinə vergi və sosial sığorta öhdəliyi gəlir

11:43 - 30.10.2026


30 oktyabr, Fineko/abc.az. Milli Məclisin iclasında Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlara təklif edilən dəyişikliklər birinci oxunuşda qəbul olunub.

Yeniliklərə əsasən, özəl məhkəmə ekspertləri fəaliyyət göstərdikləri yer üzrə vergi uçotuna alınacaq və sığortalı qismində özləri çıxış edəcəklər.

Onların ekspertiza müqavilələrindən əldə etdikləri haqlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlir sayılaraq xərclər nəzərə alınmadan 10 faiz dərəcə ilə vergiyə cəlb ediləcək.

Ekspertlər hər rübdən sonra bəyannamə təqdim etməli və hesablanmış vergini növbəti ayın 20-dək büdcəyə ödəməlidirlər. Eyni zamanda, özəl məhkəmə ekspertləri məcburi dövlət sosial sığortasına da cəlb ediləcəklər.

Onlar gəlirlərinin (xərclər çıxılmaqla) 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.