16:02 - 26.11.2026
26 noyabr, Fineko/abc.az. Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq edən “T-Group” MMC-nin direktoru Teymur Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
İttihama əsasən, şirkət rəhbəri Qəbələ, Quba, Qax, Şamaxı və Xaçmaz rayonlarında ev, hovuz və istirahət guşələri inşa edəcəyi vədi ilə 19 nəfərdən ümumilikdə 1 milyon manata yaxın vəsait alıb.
Pulları ofisdə nağd şəkildə və ya kart hesabına köçürmə yolu ilə əldə edən Məhərrəmov (o cümlədən Qəçrəşdə ev tikintisi üçün 150 min, Qaxbaşda 96 min, Qəbələdə isə 82 min manat) öhdəliklərini yerinə yetirməyərək gizlənib.
Zərərçəkmişlərin polisə şikayətlərindən sonra saxlanılan direktorun işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə araşdırılıb.
Məhkəmə prosesində şahid ifadələri və sübutlarla təqsiri təsdiqlənən Teymur Məhərrəmov 7 il müddətinə azadlıqdan məhrum edilib.
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026