Ən yüksək və ən aşağı orta aylıq əməkhaqqı olan rayonlar - Siyahı

11:01 - 2.09.2026


2 sentyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-iyun ayları üzrə göstəricilərinə əsasən, ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 174,4 manat təşkil edib. Ölkə üzrə rəsmi qeydiyyatda olan 248 469 işsiz şəxsdən 5 347-si işsizlikdən sığorta ödənişi alır.

Ən yüksək və ən aşağı orta aylıq əməkhaqqı olan rayon/şəhərlər:

Ən Yüksək Əməkhaqqı
(Manat)
Ən Aşağı Əməkhaqqı
(Manat)
Xankəndi şəhəri – 1 644,3 Qax rayonu – 584,7
Bakı şəhəri – 1 487,3 Balakən rayonu – 642,4
Daşkəsən rayonu – 1 248,6 Zərdab rayonu – 646,0
Şuşa rayonu – 1 143,8 Xızı rayonu – 648,5
Xocalı rayonu – 1 097,5 Ağstafa rayonu – 655,6
Zəngilan rayonu – 1 046,9 Ağcabədi rayonu – 655,8
Gədəbəy rayonu – 1 027,6 Göyçay rayonu – 657,7
Sumqayıt şəhəri – 986,7 Masallı rayonu – 660,1
Naxçıvan şəhəri – 964,1 Beyləqan rayonu – 665,8
Şirvan şəhəri – 946,4 Ağdaş rayonu – 673,5

(Qeyd: Qubadlı (908,0 manat) və Cəbrayıl (904,4 manat) rayonlarında da göstəricilər yüksəkdir).