"Visa" və "Mastercard" Suriyada beynəlxalq kart ödənişlərini bərpa edib

21:52 - 27.08.2026


27 avqust 2026-cı il, Fineko/abc.az. ABŞ-nin Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarmasından dərhal sonra "Visa" və "Mastercard" ödəniş sistemləri ölkədə ilk beynəlxalq kart əməliyyatlarını həyata keçirib.

Qətərin "QNB Group" və "Mastercard" ölkədə ilk tam beynəlxalq ödənişi tamamladığını elan edib. "Visa" isə ilk canlı əməliyyatını Livanın "Fransabank" müəssisəsi ilə birgə Dəməşqdə sınaqdan keçirib.

Qeyd edək ki, sınaq ödənişində Suriya Prezidenti Əhməd əş-Şaraa və Mərkəzi Bankın sədri Məhəmməd Səfvət Rəslan da iştirak ediblər. Suriya Mərkəzi Bankı bu addımın ölkənin qlobal maliyyə sisteminə inteqrasiyasında mühüm mərhələ olduğunu bildirib.