17:41 - 27.08.2026
27 avqust 2026-cı il, Fineko/abc.az. Avropa Mərkəzi Bankının (AMB) iyulun 22–23-də keçirilmiş iclasının dərc olunmuş protokollarına əsasən, bəzi rəhbər şəxslər "əlavə faiz artımının tələb olunmadığı bir ssenarinin ehtimalı aşağıdır" əsası ilə ötən ay dərəcələrin qaldırılmasını müdafiə ediblər.
Bununla belə, inflyasiyanın davamlılığı ilə bağlı qeyri-müəyyənliyin yüksək olması səbəbindən bütün üzvlərin uçot dərəcəsinin dəyişməz saxlanılması qərarını dəstəkləməyə hazır olduqları vurğulanıb.
Avrozonada inflyasiyanın 3% civarında qalaraq AMB-nin 2%-lik hədəfini üstələməsi və iqtisadi artımın gözləntiləri aşması fonunda, İyun ayındakı ilk qərardan sonra borclanma xərclərinin yenidən qaldırılacağına dair geniş gözlənti var. AMB İdarə Heyətinin üzvü İzabel Şnabel Yaxın Şərqdəki münaqişələr və güclü artımın inflyasiya risklərini artırdığını bildirərək faizlərin artırılmasını vacib sayır. Pyero Çipollone isə iqtisadiyyata zərər vurmamaq üçün pul-kredit siyasətinin həddindən artıq sərtləşdirilməməsi xəbərdarlığını edib.
Hazırda 2,25% səviyyəsində olan depozit faiz dərəcəsi üçün Baş iqtisadçı Filip Leyn 2,5%-i neytral diapazonun yuxarı həddi kimi qiymətləndirir.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026