Banklardakı depozit portfeli 40,4 milyard manata çatıb

13:55 - 26.08.2026


26 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bankların öhdəliklərində depozit portfeli üstünlük təşkil edir — cəmi öhdəliklərin 75,7%-i və ya 40 394,3 mln. manat.

Depozit portfelinin 56,8%-i (22 927,8 mln. manat) hüquqi şəxslərin, 43,2%-i (17 466,5 mln. manat) isə fiziki şəxslərin əmanətlərinin payına düşür. Hüquqi şəxslərin tələbli depozitləri 17 120,7 mln. manat olmaqla, onların cəmi depozitlərinin 74,7%-ni təşkil edib.