14:00 - 15.08.2026
15 avqust, Fineko/abc.az. "Alphabet" (Google) şirkətinin 2015-ci ildə "SpaceX"ə qoyduğu 900 milyon dollarlıq ilkin sərmayə 100 dəfədən çox artaraq 2026-cı il iyunun sonuna 94,2 milyard dollara yüksəlib.
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən hesabatlara əsasən, "SpaceX"in iyun ayında baş tutan 86 milyard dollarlıq İPO-sundan sonra "Alphabet" aerokosmik nəhəngin ən böyük institusional səhmdarına çevrilib (551,2 milyon səhm).
Səhmlərin qiymətinin iyunun sonundakı 170,86 dollardan sonrakı günlərdə bir qədər düşməsinə baxmayaraq, "Alphabet"in payı hazırda təxminən 77,9 milyard dollar qiymətləndirilir. Məlumata görə, "SpaceX"in digər iri institusional investorları sırasına "Fidelity Investments" (302,6 milyon səhm), Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (154,1 milyon səhm), "Gigafund", "Baillie Gifford" və "BlackRock" daxildir.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026