Qızılın qiyməti 4 430 dolları keçdi – Son iki ayın maksimumu

10:01 - 11.08.2026


11 avqust, Fineko/abc.az. ABŞ-da açıqlanacaq inflyasiya göstəriciləri (TÜFE) ərəfəsində ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz artıracağı gözləntilərinin zəifləməsi qızılın qiymətini üst-üstə üç seans boyunca artırıb. Nəticədə qızıl son iki ayın ən yüksək səviyyəsinə qalxıb.

Spot qızıl 1% artaraq bir unsiya üçün 4 432,74 dollara, ABŞ-da qızıl fyuçersləri isə 1,7% yüksələrək 4 492,60 dollara çatıb.

Analitiklər faiz dərəcələrinin aşağı düşəcəyi gözləntilərinin faiz gəliri gətirməyən qızıla tələbatı artırdığını bildirirlər. "IG" analitiki Toni Sikamor qeyd edib ki, yüksəlişə həmçinin təhlükəsiz liman tələbi və ABŞ Prezdenti Donald Tramp ilə İran arasındakı gərginlik fonunda Hörmüz boğazının açılması üzrə danışıqların mürəkkəbləşməsi təsir edib. Mütəxəssis orta müddətdə qızılın 5 000 dollara doğru irəliləyə biləcəyini proqnozlaşdırır.

Digər qiymətli metallardan gümüş 0,9%, platin 0,7%, paladium isə 0,8% bahalaşıb.