07:00 - 5.08.2026
5 avqust, Fineko/abc.az. Fransada kütləvi şəkildə yanacaqdoldurma məntəqələrində (YDM) benzin və dizel çatışmazlığı müşahid olunmağa başlayıb.
Hələlik YDM-lərdə böyük növbələr qeydə alınmasa da, avtomobil dayanacaqlarında və yaşayış massivlərində yanacağın çənlərdən oğurlanması riskinə qarşı xəbərdarlıq dirəkləri quraşdırılmağa başlanıb.
Analoji qiymət artımı fonunda Böyük Britaniyada da yanacaq oğurluğu rekorda çatıb. Yerli KİV-in məlumatına görə, ölkədə sürücülər hər gün təxminən 200 min funt-sterlinq dəyərində yanacaq oğurlayır. Bu məbləğə həm avtomobil çənlərindən yanacağın çəkilməsi, həm də YDM-lərdə çənini doldurduqdan sonra pul ödəmədən ərazidən uzaqlaşan sürücülərin vurduğu zərər daxildir.