09:47 - 11.12.2018
11 dekabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 1,81 dollar və yaxud 2,8% düşüb.
Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 62,73 dollar təşkil edir.
“NYMEX” birjasında keçirilən ötən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti 1,61 dollar (3,1%) enərək bir barelə 51,00 dollar təşkil etmişdir.
Bazar ertəsi günü keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti 1,70 dollar (2,76%) düşərək bir barelə 59,97 dollar təşkil etmişdir.