14:26 - 28.07.2026
28 iyul, Fineko/abc.az. Rusiya energetika nəhəngi «Gazprom»un departament rəhbərinin müavini Kirill Polous İndoneziyada keçirilən «IndoPacific LNG Summit 2026» forumunda çıxışı zamanı bildirib ki, ABŞ-nin Avropa mayeləşdirilmiş təbii qaz (LNG) bazarındakı dominantlığı yanacağın qiymətlərinə mənfi təsir göstərib.
Onun sözlərinə görə, Avropada mövcud qaz qiymətləri Rusiya qazının böyük həcmdə nəql edildiyi dövrlə müqayisədə 3 dəfə yüksəkdir.
Polous qeyd edib ki, hazırda Avropanın LNG idxalının 60%-i, Almaniyanın isə 90%-dən çoxu ABŞ-nin payına düşür. Bu göstəricilər boru kəməri qazının daha təhlükəsiz və ucuz olması reallığını dəyişmir.
Qeyd edək ki, Ukraynadakı müharibədən əvvəl Avropanın qaz tələbatının 40%-dək hissəsini ödəyən «Gazprom», sanksiyalar fonunda payını ABŞ, Qətər və Norveç kimi tədarükçülərə itirib.
Nəticədə, şirkətin Avropaya qaz ixracı 2021-ci ildəki 201,7 milyard kubmetrdən 2025-ci ildə 18 milyard kubmetrədək geriləyib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026