10:47 - 28.07.2026
28 iyul, Fineko/abc.az. Azərbaycanda Dövlət Neft Şirkətinə (SOCAR) yaxın yeni şirkət – “SOCAR Drilling” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) dövlət qeydiyyatına alınıb.
ABC.AZ-ın məlumatına görə, şirkət 7 iyul 2026-cı il tarixində dövlət qeydiyyatına alınıb.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 105-dir. Şirkətin direktoru Rəşad Əsgərov Niyaz oğludur.
Bu ilin əvvəlindən indiyə qədər SOCAR brendi ilə yaradılan 6-cı şirkətdir.
©Banker.az
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026