Azərbaycan neftinin bareli 109 dollara satılır

10:04 - 24.07.2026


24 iyul Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

Məlumata görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 8,54 dollar və ya 8,49 % artaraq 109,1  dollara bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.