09:44 - 24.07.2026
24 iyul, Fineko/abc.az. Cümə günü keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiyməti əvvəlki sessiyadakı kəskin artımdan sonra aşağı düşür.
Məlumata görə, saat 09:35-ə olan vəziyyətə əsasən, ICE Futures birjasında Brent neftinin sentyabr fyuçersinin qiyməti 0,41 dollar (0,41%) azalaraq bir barel üçün 100,28 dollar təşkil edib. İyulun 23-də keçirilən ticarətin yekununda isə bu müqavilənin qiyməti 6,62 dollar (7,04%) artaraq barel başına 100,69 dollar səviyyəsində bağlanmışdı.
Nyu-York Əmtəə Birjasında (NYMEX) sentyabr ayı üçün WTI neftinin fyuçersi saat 09:35-ə qədər 0,59 dollar (0,64%) ucuzlaşaraq bir barelə görə 91,60 dollar olub. Əvvəlki ticarət sessiyasının nəticələrinə görə, onun dəyəri 5,36 dollar (6,17%) yüksələrək 92,19 dollar təşkil etmişdi.
Saat 09:35-ə Brent və WTI markaları arasındakı spred bir barel üçün 8,68 dollar təşkil edib.
Dünya bazarında Azərbaycanın Azeri Light markalı neftinin bir barelinin qiyməti əvvəlki ticarətin yekunlarına əsasən 8,54 dollar (8,49%) artaraq 109,10 dollara çatıb.
