15:32 - 23.07.2026
23 iyul, Fineko/abc.az. Azərbaycanın ilk özəl neft-qaz şirkətlər qrupu olan "GL Group" ABŞ-ın Texas ştatında, Perm hövzəsinin Midland bölgəsində yerləşən 4 hasilat yatağındakı aktivlərin satınalınması sövdələşməsini başa çatdırıb.
Sazişə 200-dən çox aktiv hasilat quyusu daxildir və "GL Group" bu yataqların tam operatorluğunu öz üzərinə götürüb.
Şirkətdən bildirilib ki, bu addım Azərbaycanın özəl sektoru üçün tarixi mərhələ olmaqla yanaşı, "GL Group"un Türkiyədən sonra beynəlxalq bazarlarda genişlənmə strategiyasının tərkib hissəsidir.