09:47 - 10.12.2018
10 dekabr, Fineko/abc.az. “TurStat” analitik agentliyi 2018-ci ildə Rusiyaya gəlmə turizm ölkələri reytinqini təqdim edib.
Agentliyin verdiyi məlumata görə, 2018-ci ilin 9 ayı ərzində Azərbaycandan Rusiyaya turizm səfərlərinin sayı 665 min təşkil edib ki, bu da ötən ilin göstəricisindən 1,5% çoxdur.
2018-ci ildə Rusiyaya gəlmə turizm, əsasən kruiz turizmi və 2018-ci ilin futbol üzrə Dünya Kuboku zamanı Asiya və Amerikadan gələn turistlər sayəsində artıb.
“2018-ci ildə Rusiyaya gəlmə turizm səfərlərinin sayının mütləq artması iləüzrə Çin və Cənubi Koreya ilk iki yerə sahib oldu. Çindən gələn turların sayı ötən ilin ilk 9 ayı ilə müqayisədə 170 min, Cənubi Koreyadan isə 2017-ci ildə qeyd olunan göstəricidən 85 min daha çox səfər təşkil edib”, - agentliyin məlumatında belə deyilir.
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026