Son 1 ildə Azərbaycanın valyuta ehtiyatları 8 milyard 084,1 milyon dollar artıb

14:38 - 23.07.2026


23 iyul, Fineko/abc.az. Bu il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 753,6 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bunun 84,7 %-i və yaxud 72 milyard 596 milyon ABŞ dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 15,3 %-i və yaxud 13 milyard 157,6 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 580,9 milyon ABŞ dolları və yaxud 0,7 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 919,9 milyon ABŞ dolları və yaxud 1,3 % az, AMB-nin valyuta ehtiyatlarında isə 1 milyard 500,8 milyon ABŞ dolları və yaxud 12,9 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 8 milyard 084,1 milyon ABŞ dolları və yaxud 10,4 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 6 milyard 080,4 milyon ABŞ dolları və yaxud 9,1 % artım, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 003,7 milyon ABŞ dolları və yaxud 18 % artım nümayiş etdirib.