ARDNF 6 ayda "Şahdəniz"ın işlənməsindən 437,1 milyon manat qazanıb

14:17 - 23.07.2026


23 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsindən 437,1 milyon manat gəlir əldə edib.

ABC.AZ xəbər verir ki, bu barədə Fonddan   bildirilib. Qeyd edilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,8 milyon manat və ya 3,3 % çoxdur.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

"Şahdəniz" üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), "Lukoil" (19,99 %), TPAO (19 %), NİKO (10 %), "Cənub Qaz Dəhlizi" (16,02 %), MVM (5 %).