12:28 - 23.07.2026
23 iyul, Fineko/abc.az. Avropada birja qaz qiymətləri min kubmetr üçün $750-dən yuxarı qalxaraq martın sonundan bəri ilk dəfə bu həddi keçib. Artım Yaxın Şərqdə davam edən gərginlik və LNG tədarükünün sabitliyi ilə bağlı narahatlıqlar fonunda baş verir.
Niderlanddakı ən böyük Avropa qaz habı olan TTF-də avqust fyuçersləri səhər saatlarında min kubmetr üçün $754,5-ə çataraq 23 martdan bəri maksimum səviyyəni göstərib. Martda Qətərdə LNG istehsalının azalmasından sonra kotirovkalar $850-dən də yuxarı qalxmışdı.
Aprel–iyun aylarında qiymətlərin enməsinə baxmayaraq, qaz yenidən bahalaşmağa başlayıb. Bununla belə, hazırkı səviyyələr 2022-ci ilin yazında min kubmetr üçün $3 800-ü aşan rekord göstəricilərdən xeyli aşağıdır.