11:45 - 22.07.2026
22 iyul, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına mülki nüvə proqramının təmin edilməsini və uranın zənginləşdirilməsini nəzərdə tutan müqaviləni təsdiqləyib.
"Wall Street Journal" (WSJ) nəşrinin mənbələrə istinadən verdiyi məlumata görə, 30 il müddətinə nəzərdə tutulan və on milyardlarla dollar dəyərində qiymətləndirilən saziş çərçivəsində krallığın nüvə infrastrukturu Amerikalı şirkətlər tərəfindən qurulacaq.
Sənəddə zərurət yarandığı təqdirdə ABŞ şirkətlərinin bu ölkədə uranın zənginləşdirilməsi obyektləri tikməsi də istisna olunmur.
Vaşinqton bu şərtin proqramın hərbi məqsədlər üçün istifadəsinin qarşısını alacağını bildirir. Sazişin yaxın günlərdə ABŞ Konqresinə təqdim olunması gözlənilir.
27 İyul 2026