Yəmən 4 illik fasilədən sonra neft ixracını bərpa edir

11:09 - 21.07.2026


21 iyul, Fineko/abc.az. Yəmən Prezident Şurasının sədri Rəşad əl-Uleymi husilərlə silahlı toqquşmalar və neft terminallarına hücumlar səbəbindən 2022-ci ildən bəri dayandırılmış neft ixracının rəsmən bərpa olunduğunu bəyan edib.

Dövlət televiziyasında çıxış edən ölkə rəhbəri bildirib ki, hökumət bütün mövcud imkanları səfərbər edərək neft satışından əldə olunacaq gəlirləri dövlət büdcəsinin dəstəklənməsinə, əməkhaqqı ödənişlərinə, sosial xidmətlərin yaxşılaşdırılmasına və iqtisadi sabitliyin təmin olunmasına yönəldəcək.

 Əl-Uleymi ölkədəki böhranın husilərin dövlət institutlarını qəsb etməsinin birbaşa nəticəsi olduğunu vurğulayaraq, bütün milli qüvvələri və vətəndaşları təhlükəsizlik strukturları ətrafında birləşməyə çağırıb.