09:44 - 21.07.2026
21 iyul, Fineko/abc.az. Çərşənbə axşamı ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri aşağı düşür.
Saat 09:40-a olan məlumata görə, "ICE Futures" birjasında "Brent" markalı neftin sentyabr fyuçersinin qiyməti $0,70 (0,78%) azalaraq bir barelə $88,52-yə enib. İyulun 20-də keçirilən ticarətin yekunlarına əsasən, "Brent" neftinin sentyabr fyuçersi $1,12 (1,27%) bahalaşaraq bir barelə $89,22 təşkil etmişdi. [1]
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin sentyabr fyuçersinin qiyməti saat 09:40-dək $0,32 (0,39%) azalaraq bir barelə $82,16-ya düşüb. İyulun 20-də keçirilən ticarətin yekunlarına əsasən, WTI neftinin sentyabr fyuçersinin qiyməti $0,70 (0,86%) artaraq bir barelə $82,48-ə yüksəlmişdi.
Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti isə $2,41 (2,63%) artaraq bir barelə $93,91-ə çatıb.

27 İyul 2026