10:12 - 20.07.2026
20 iyul, Fineko/abc.az. Bazar ertəsi keçirilən ticarət zamanı Avropada qazın birja qiyməti martın 23-dən bəri ilk dəfə olaraq 1 min kubmetr üçün 700 dolları keçib.
Bu barədə Londonun ICE birjasının məlumatlarında deyilir. Belə dinamika Yaxın Şərqdə ABŞ və İran arasında gərginliyin növbəti mərhələdə artması fonunda müşahidə olunur.
Niderlanddakı TTF habında avqust fyuçersinin qiyməti 1 min kubmetr üçün təxminən 716 dollara, yaxud 60,515 avro/MVt-saat səviyyəsinə yüksəlib (mövcud avro/dollar məzənnəsinə əsasən ICE-də qiymətlər avro/MVt-saat ilə təqdim olunur).
Günün əvvəlindən kotirovkaların artımı 5%-i ötüb.