09:31 - 20.07.2026
20 iyul, Fineko/abc.az. Bazar ertəsi keçirilən ticarət zamanı etalon neft markalarının qiymətləri artmaqdadır.
Bakı vaxtı ilə saat 09:25-ə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçersinin qiyməti 2,18 dollar (2,47%) artaraq bir barel üçün 90,28 dollar olub. İyulun 17-də keçirilən ticarətin yekunlarına əsasən, sentyabr fyuçersi 3,87 dollar (4,59%) bahalaşaraq 88,10 dollar təşkil edib.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin sentyabr fyuçersi saat 09:25-ə 1,79 dollar (2,19%) artaraq bir barel üçün 83,57 dollara çatıb. İyulun 17-də keçirilən ticarətin yekunlarına görə isə onun qiyməti 3,50 dollar (4,47%) artaraq 81,78 dollar olub.
Azərbaycanın “Azeri Light” markalı neftinin dünya bazarındakı qiyməti 2,68 dollar (3,02%) artaraq bir barel üçün 91,50 dollar təşkil edib.
Ötən həftənin yekunlarına görə Brent nefti 15,91%, WTI — 15,52%, “Azeri Light” isə 17,44% bahalaşıb.

3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026