21:31 - 16.07.2026
16 iyul, Fineko/abc.az. Hindistan smartfon və yarımkeçirici istehsalının inkişafı üçün büdcəsi təxminən $20 mlrd olan Semicon 2.0 proqramına start verir.
Məlumata görə, vəsaitin təxminən üçdə biri ölkədə smartfon istehsalının dəstəklənməsinə, qalan hissəsi isə milli çip sənayesinin yaradılmasına yönəldiləcək.
Hökumət yerli yığılmış cihazların satışını da subsidiyalaşdıracaq.
Mənbələrin məlumatına əsasən, artıq iPhone-ların təxminən 25%-i Hindistanda istehsal olunur. Layihədə Apple-ın podratçıları və digər iri şirkətlər iştirak edir. İlk çip istehsalı zavodunun 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026