21:12 - 15.07.2026
15 iyul, Fineko/abc.az. Avropa İttifaqının Statistika Ofisi (Eurostat) 2026-cı ilin may ayı üzrə sənaye istehsalı göstəricilərini açıqlayıb. Avrozona və Aİ-də sənaye istehsalı həm aylıq, həm də illik müqayisədə azalıb və gözləntiləri doğrultmayıb.
Məlumata görə, cari ilin may ayında Avrozonada sənaye istehsalı aylıq müqayisədə 0,2%, illik müqayisədə isə 1,2% azalıb. Analitiklər isə aylıq bazda 0,3% artım, illik bazda isə cəmi 0,5% azalma proqnozlaşdırırdılar. Avropa İttifaqı (Aİ) üzrə sənaye istehsalı mayda aylıq bazda 0,1%, illik bazda 0,3% geriləyib.
Aİ ölkələri arasında aylıq müqayisədə ən kəskin azalma İrlandiyada (-5,2%), Maltada (-3,7%) və Litvada (-3%) qeydə alınıb. İllik müqayisədə də ən böyük geriləmə sənaye istehsalı 19,7% azalan İrlandiyanın payına düşüb. Ən yüksək illik artım isə Danimarka və İsveçdə (+6,5%), həmçinin Latviyada (+6,2%) müşahidə olunub.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026