10:47 - 13.07.2026
13 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Təkcə iyunda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 18,2 % çox - 381,9 milyon ABŞ dolları olub.
Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 19,4 % artaraq 175,3 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə (qeyri-monetar qızıl istisna olmaqla) 17,3 % artaraq 206,5 milyon ABŞ dolları olub.
Məlumata görə, hesabat dövründə şəkərin ixrac dəyəri 3,4 dəfə, pambıq ipliyin ixrac dəyəri 2,1 dəfə, bitki-heyvan mənşəli piy və yağların ixrac dəyəri 50 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 40,1 %, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 30,1 %, pambıq lifinin ixrac dəyəri 26,3 %, meyvə-tərəvəzin ixrac dəyəri 18,9 %, çayın ixrac dəyəri 19,4 %, spirtli və spirtsiz içkilərin ixrac dəyəri isə 2,9 % artıb.
İl ərzində aqrar məhsulların ixrac dəyəri 23,9 % artaraq 563,9 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 35,3 % artaraq 195,9 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 26,6 % artaraq 759,8 milyon ABŞ dolları təşkil edib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026