10:30 - 9.07.2026
9 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülleteninə əsasən, cari ilin may ayının sonuna ölkədə rezident maliyyə təşkilatlarının buraxdığı "UnionPay" kartları vasitəsilə 250 min manatdan çox həcmdə 2,3 min əməliyyat həyata keçirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu kartlarla aparılan əməliyyatların sayı 11,5 dəfə (2,1 mindən çox), əməliyyatların həcmi isə 8,3 dəfə (220 min manatdan çox) azalıb.
Məlumatda həmçinin qeyd olunur ki, hesabat dövründə qeyri-rezident maliyyə təşkilatlarının buraxdığı "UnionPay" kartları ilə ölkədə 400 min manat həcmində 2,5 min əməliyyat icra edilib.