09:40 - 9.07.2026
9 iyul, Fineko/abc.az. Cümə axşamı keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri artmaqda davam edir. Bakı vaxtı ilə saat 09:35-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" markalı neftin sentyabr fyuçersinin dəyəri 0,29 dollar (0,37%) artaraq bir barel üçün 78,31 dollar olub. İyulun 8-də keçirilən ticarətin yekunlarına əsasən, müqavilənin qiyməti 3,86 dollar (5,20%) bahalaşaraq bir barel üçün 78,02 dollar təşkil edib.
Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" markalı neftin avqust fyuçersi saat 09:35-ə qədər 0,22 dollar (0,30%) bahalaşaraq bir barel üçün 73,74 dollar səviyyəsində qərarlaşıb. Əvvəlki sessiyanın nəticələrinə görə, onun dəyəri 3,08 dollar (4,37%) artaraq bir barel üçün 73,52 dollar olub.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti isə 6,41 dollar (8,47%) artaraq bir barel üçün 82,07 dollara çatıb.

18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026