22:00 - 8.07.2026
8 iyul, Fineko/abc.az. ABŞ və İran arasında yenidən gərginləşən geosiyasi vəziyyət fonunda investorların risk iştahının azalması Bitcoin-in kəskin ucuzlaşmasına səbəb olub.
ABŞ Prezidenti Donald Trampın İranla əldə olunmuş müvəqqəti atəşkəsin başa çatdığını elan etməsindən sonra ən böyük kriptovalyuta 3%-dən çox dəyər itirərək 62 min dolların altına düşüb. "Orbit Markets"in həmtəsisçisi Karolin Mauron bildirib ki, bazarın yanacaq bahaşlaşmasından qaynaqlanan inflyasiya və mümkün faiz artımı ilə bağlı narahatlıqları fonunda Trampın açıqlamaları ucuzlaşmanı sürətləndirib.
Qeyd edək ki, "Brent" markalı neftin qiyməti 5%-dən çox yüksəldiyi halda, iyul ayına aktiv başlayan və təxminən 5,5% dəyər qazanan Bitcoin bu bəyanatlardan sonra digər altkoinlərlə (Ether, Solana) birlikdə yenidən enişə keçib.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026