14:20 - 8.07.2026
8 iyul, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycan 30,72 min ABŞ dolları dəyərində 3,85 ton gavalı və göyəm idxal edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 10 % çoxdur.
Hesabat dövründə Azərbaycan Cənubi Afrikadan 24 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22,5 % çox) 3 ton (+25 %), Çilidən 4,44 min ABŞ dolları dəyərində (+48 %) 0,56 ton (+47 %), Vyetnamdan 2 min ABŞ dolları dəyərində 0,25 ton, İrandan 0,15 min ABŞ dolları dəyərində (-96 %) 0,03 ton (-96 %), Tailanddan 0,13 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Vyetnamdan gavalı və göyəm tədarük həyata keçirilib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026