11:11 - 8.07.2026
8 iyul, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda xarici vətəndaşlara “Tax Free” sistemi çərçivəsində fərdi istehlak üçün aldıqları mallara görə dövlət büdcəsindən 4,36 milyon manat ƏDV qaytarılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 527,7 min manat və ya 10,8% azdır.
Bu barədə Dövlət Vergi Xidmətindən bildirilib. Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında “Tax Free” sistemi üzrə xarici vətəndaşlara 4,89 milyon manat ƏDV geri ödənilmişdi.
“Tax Free” sistemi Azərbaycana gələn xarici vətəndaşlara ölkə ərazisində şəxsi istifadə məqsədilə aldıqları mallara görə ödədikləri əlavə dəyər vergisinin bir hissəsini geri almaq imkanı yaradır. Bunun üçün alış-veriş “Tax Free” sisteminə qoşulmuş ticarət obyektlərində həyata keçirilməli, ölkəni tərk edərkən mallar və tələb olunan sənədlər gömrük orqanına təqdim edilməlidir. Gömrük təsdiqindən sonra ƏDV məbləği müəyyən edilmiş qaydada alıcının bank kartına və ya digər ödəniş vasitəsinə qaytarılır.
27 İyul 2026
27 İyul 2026