Körfəz və Avropa arasında yeni marşrutlar İsrailin IMEC layihəsi ilə rəqabət yaradır

15:23 - 7.07.2026


7 iyul, Fineko/abc.az. İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu (INSS) Türkiyə, Səudiyyə Ərəbistanı və Suriyanın İsrail ərazisindən yan keçməklə Fars körfəzi ilə Avropa arasında alternativ ticarət marşrutlarının formalaşdırılması istiqamətində fəaliyyətini narahatlıqla qeyd edir.

Söhbət Tel-Əvivin Körfəz və Avropa arasında əsas keçid qapısı kimi Hayfa limanının rolunu möhkəmləndirmək üçün ümid bəslədiyi Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizi (IMEC) ilə rəqabətdən gedir.

Paralel olaraq, Türkiyə İraqın Əl-Fav limanını öz ərazisi vasitəsilə Avropa ilə birləşdirən “İnkişaf yolu” layihəsini inkişaf etdirir. Layihəyə gələcəkdə Suriyanın, İordaniyanın qoşulması və tarixi Hicaz dəmir yolunun bərpası da mümkün hesab olunur.

İranla müharibə və Hörmüz boğazı ilə Qırmızı dənizdə gəmiçiliyə yönələn təhdidlər region ölkələrini ticarət dəhlizlərinin rolunu yenidən nəzərdən keçirməyə vadar edib. Onlar getdikcə daha çox limanları və enerji magistrallarını milli təhlükəsizlik sisteminin bir hissəsi kimi qiymətləndirirlər.