Çinin Xalq Bankı ardıcıl 20-ci ay qızıl ehtiyatlarını artırır

14:40 - 7.07.2026


7 iyul, Fineko/abc.az. Çinin Xalq Bankı iyun ayında qızıl ehtiyatlarını artırmağa davam edib və ardıcıl 20-ci ay alış qeydə alınıb.

Bu barədə tənzimləyicinin çərşənbə axşamı açıqladığı məlumatlarda bildirilir.

Ölkənin qızıl ehtiyatları, may ayındakı 74,96 milyon unsiyadan artaraq, iyun ayının sonuna 75,44 milyon troya unsiyasına çatıb.

Çinin qızıl ehtiyatlarının dəyəri ötən ayın sonunda 303,72 milyard dollar təşkil edib, halbuki may ayında bu göstərici 340,75 milyard dollar idi.