15:34 - 6.07.2026
6 iyul, Fineko/abc.az. Abu Dhabi National Oil Company (ADNOC) Abu Dhabi Global Market bazasında mayeləşdirilmiş təbii qazın (LNG) marketinqi və ticarəti üçün yeni platforma istifadəyə verib.
Məlumata görə, yeni struktur beynəlxalq investisiya bölməsi XRG və ADNOC Trading-in ticarət fəaliyyətlərini birləşdirərək qlobal LNG bazarında səmərəliliyi və çevikliyi artıracaq. Uzunmüddətli satışlar mərkəzləşdiriləcək, mövcud müqavilələr isə qüvvədə qalacaq.
Şirkət Ruwais LNG layihəsi də daxil olmaqla tədarükləri optimallaşdırmağı və 2035-ci ilə qədər illik satış həcmini 47 milyon tona çatdırmağı planlaşdırır. Eyni zamanda LNG üzrə inkişaf direktoru təyin olunub və o, XRG və ADNOC Gas-ın birləşdirilmiş portfelini idarə edəcək.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026