14:57 - 6.07.2026
6 iyul, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 15 milyard 107,1 milyon manat olub.
Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2025-ci ilin 5 ayı ilə müqayisədə 4 % çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 2,2 % artaraq 8 milyard 189 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,7 % artaraq 6 milyard 918,1 milyon manat olub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1 %, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 5,9 % artıb.
İstehlak məhsullarının 38,5 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 48,3 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026