14:08 - 6.07.2026
6 iyul, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 855 milyon manat olub.
Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2025-ci ilin ilk 5 ayı ilə müqayisədə real ifadədə 6,4% çoxdur.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 475,5 milyon manat olub. Bu, ümumi dövriyyənin 55,6%-ini təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,8% artaraq 1 milyard 119,8 milyon manat olub.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026