12:11 - 3.07.2026
3 iyul, Fineko/abc.az. Fəaliyyətə başladığı tarixdən indiyədək Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə təxminən 86 milyard kubmetr qaz Türkiyəyə ixrac olunub.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən 19 il ötür. Kəmər vasitəsilə "Şahdəniz" qaz-kondensat yatağından əldə olunan təbii qaz Türkiyə bazarına nəql olunur.
Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026