17:30 - 2.07.2026
2 iyul, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə özəl şirkətlərin ixracdan əldə etdikləri gəlirlərdə əhəmiyyətli artım müşahidə olunub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyun sayında bildirilib.
Məlumata görə, ixrac gəlirləri ən çox artan şirkət "Silk Way Aviaşirkəti" MMC olub. Belə ki, şirkət bu ilin ilk beş ayında 28 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. Bu 2025-ci ilin eyni dövrünə nisbətən 1300 dəfə artıqdır.
İxracdan əldə etdiyi gəlirlərində artımın nisətən az olduğu şirkət isə “P-Aqro” MMC olub. Şirkətin ixrac gəlirləri illik müqayisədə 4,7 milyon ABŞ dolları və ya 27,8% artaraq 21,6 milyon ABŞ dollarına çatıb.