16:06 - 2.07.2026
2 iyul, Fineko/abc.az. 2026-cı ilin yanvar-may aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin ixracı 29 milyon 600 min ABŞ dolları təşkil edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə iyun sayında məlumat verilib.
2025-ci ilin eyni dövründə şirkətin ixracı 17 milyon 300 min ABŞ dolları idi. Beləliklə, ixrac 12 milyon 300 min ABŞ dolları və ya 71,1% artıb.
“Azərpambıq”ın göstəricisi aqrar-sənaye ixracında ciddi artım olduğunu göstərir. Şirkətin ixracının 70%-dən çox yüksəlməsi pambıq və əlaqəli məhsulların qeyri-neft ixracında əhəmiyyətli paya malik olduğunu təsdiqləyir.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026