Azərbaycanın qeyri-neft və qaz ixracı 10 il əvvəllə müqayisədə iki dəfə artıb - Yusif Abdullayev

12:16 - 2.07.2026


2 iyul, Fineko/abc.az. Azərbaycanın qeyri-neft ixracı son 10 ildə iki dəfə artıb.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.

Onun sözlərinə görə, Azərbaycanın qeyri-neft və qaz ixracı 10 il əvvəllə müqayisədə iki dəfə artıb: "Hesab edirəm ki, bu, biznes ictimaiyyəti üçün inkişafın göstəricisi olan çox yaxşı meyar və göstəricidir. Lakin, əlbəttə ki, biznesin böyüməsi ilə bağlı hələ də çağırışlar qalır. Bu, həll etməli olduğumuz mühüm məsələlərdən biridir. Amma qeyd etdiyim kimi, hökumət bunun üçün çoxsaylı dəstək alətləri təqdim edir."

O qeyd edib ki, bu gün Azərbaycan Biznesinin İnkişafı Fondu şirkətlərin xarici bazarlara çıxışına dəstək göstərən çox vacib qurumlardan biridir: "Maliyyə və dövlət qurumları Azərbaycan biznesinin xarici bazarlarda təşviqinə ciddi dəstək verirlər. Düşünürəm ki, bununla bağlı kifayət qədər uğurlu nümunələrimiz var. Əlbəttə ki, Azərbaycan Dövlət Neft Şirkəti qlobal miqyasda əsas və mühüm oyunçulardan biridir. Bununla yanaşı, digər Azərbaycan şirkətləri də xarici bazarlarda uğurla fəaliyyət göstərirlər".

© Report