11:39 - 2.07.2026
2 iyul, Fineko/abc.az. ABŞ-ın neft-qaz korporasiyası Exxon Mobil Corp. (XOM) Texas ştatına redomisilasiyadan sonra ExxonMobil Holdings Corp. adı ilə ticarət olunmağa başlayacaq. Bu, 25 ildən çox əvvəl Mobil ilə meqa-birləşmədən sonra şirkətin ilk ad dəyişikliyidir.
Məlumata görə, neft nəhənginin hər bir adi səhmi yeni holdinq şirkətinin bir səhmi ilə dəyişdiriləcək, yenilənmiş qiymətli kağızlar isə artıq cümə axşamı əvvəlki XOM tikeri ilə bazarda dövriyyəyə buraxılacaq. Bu barədə tənzimləyiciyə təqdim edilən sənəddə bildirilir. Səhmdarlar may ayında keçirilən illik yığıncaqda hüquqi qeydiyyatın Nyu-Cersidən Texasa köçürülməsini təsdiqləyiblər.
Şimali Amerikanın ən iri neft şirkəti sonuncu dəfə 1999-cu ilin sonunda adını dəyişmişdir — həmin vaxt Exxon Corp. və Mobil Corp. birləşərək Exxon Mobil Corp.-u yaratmışdırlar. Exxon brendi isə hələ 1972-ci ildə, Jersey Standard şirkətinin adını dəyişməsi ilə yaranıb.