09:44 - 2.07.2026
2 iyul, Fineko/abc.az. Cümə axşamı keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri aşağı düşür.
Saat 09:40-a olan məlumata görə, ICE Futures birjasında Brent neftinin sentyabr fyuçersinin qiyməti 0,80 dollar (1,12%) azalaraq bir barel üçün 70,77 dollar təşkil edib. İyulun 1-də keçirilən ticarət əməliyyatlarının yekununda bu müqavilənin qiyməti 1,38 dollar (1,89%) ucuzlaşaraq bir barel üçün 71,57 dollar olub.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI neftinin avqust fyuçersinin qiyməti saat 09:40-da 0,84 dollar (1,22%) ucuzlaşaraq bir barel üçün 67,74 dollar təşkil edib. İyulun 1-də keçirilən ticarət əməliyyatlarının yekununda avqust fyuçersinin qiyməti 0,92 dollar (1,32%) azalaraq bir barel üçün 68,58 dollara düşüb.
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti isə 2,88 dollar (3,82%) aşağı düşərək bir barel üçün 72,46 dollar təşkil edib.
25 İyul 2026